Haqqında

Skaut tarixi
Skaut hərəkatı ilk dəfə 1907-ci ildə Böyük Britaniyada Lord Baden Pauell tərəfindən yaradılmışdır. Hərəkat qısa müddət ərzində bütün dünyada geniş yayılaraq, gənclər arasında çox məşhurlaşmışdır. Hazırda 216 dünya ölkələrindən 35 milyon uşaq, yeniyetmə və gənc onun sıralarında birləşərək, «Hər gün bir xeyirxah iş görək» devizi altında fəaliyyət göstərirlər. Yarandığı dövrdən indiyədək planetimizin 300 milyondan çox sakini skaut hərəkatının üzvü olmuşdur. Ümumdünya Skaut Hərəkatı Təşkilatı 6 coğrafı regiona bölünmüşdür. Onun Kosta-Rikada, Misirdə, Keniyada, Filippində, İsveçrədə və Qurzufda nümayəndəliyi vardır. Ümumdünya təşkilatının mənzil qərargahı İsveçrədədir.

Azərbaycan Skautlar Assosiasiyası (ASA)
Azərbaycan Skautlar Assosiasiyası (ASA) 1997-ci il 11 oktyabr tarixində təsis olunmuşdur və 2000-ci il 20 avqustda Ümumdünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv qəbul edilmişdir. ASA öz fəaliyyətini Ümumdünya Skaut Hərəkatı Təşkilatının məqsədi, prinsipləri, qanunları və qaydalarına əsasən qurmuşdur. Onun başlıca məqsədi öz ölkəsinin gənclərinin tərbiyyə olunmasına, vətənpərvər, kamil və layiqli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına kömək göstərməkdir. Bundan başqa, skaut kamplar zamanı skautlar qeyri-adi vəziyyətlərdən çıxış üsullarını, dağçılıq və s. bu kimi idman sahələrinin müasir avadanlıqlarından istifadə və yaralıya ilk tibbi yardım göstərmək qaydalarını öyrənirlər. Eyni zamanda respublikada skautlar xarici ölkələrdə keçirilən beynəlxalq gənclər tədbirlərində, kamplarda, təlim kurslarında, konfranslarda, iclaslarda iştirak edərək Azərbaycanı layiqincə təmsil etmişlər. Keçən illər ərzində assosiasiya üzvləri Böyük Britaniyada «Qilverd Park» təlim mərkəzində Skaut üzvləri üçün ən yüksək səviyyəli sayılan təlim kurslarını müvəffəqiyyətlə başa vurmuş, Meksikada keçirilən skaut liderlərinin XI Ümumdünya toplantısında iştirak etmiş, ABŞ, İsveçrə, Polşa, Yunanıstan, Macarıstan, Fransa, Rusiya, Belarusiya, Gürcüstan, Almaniya, Birləşmiş Ərəb Əmirliklərində, Misirdə, Türkiyədə və digər ölkələrdə gənclərin beynəlxalq düşərgələrində birgə tədbirlərə qatılmışlar. Assosiasiya üzvləri ənənəvi olaraq hər ilin payızında internetdə və radioda gənclərin ümumdünya toplantısında iştirak edir. Həmin günlər bütün dünya skautları internet və radio vasitəsilə bir birilə əlaqə yaradaraq, gördükləri faydalı işlər haqqında fikir mübadiləsi aparır, dünya gənclərini narahat edən problemlər haqda söhbət edirlər. Ən başlıcası isə gənclər arasında dostluq əlaqələri daha da genişlənir.

“Mustanqlar” Skaut Dəstəsi
“Mustanqlar” Skaut Dəstəsi 14 iyul 2019-cü il tarixində Bakıda yaradılıb.
Dəstə 11-14 yaşlı oğlanlar və qızlardan ibarətdir.

Fəaliyyətlər

  • Ekologiya
  • Hərbi və vətənpərvərlik
  • Tədris və təlimləndirmə
  • İntellektual və komandaqurucu oyunlar
    No posts.
    No posts.

    Tədbirlər

    Me

    Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğuna səyahət

    Me

    Xocalı soyqırımı abidəsinin ziyarəti

    Me

    “Qışlaq” Qış Düşərgəsi

    Əlaqə

    Ad, Soyad


    Mesajınız*